Fransa klubunda koronavirusa kütləvi yoluxma

Fransanın “Bordo” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

COVID-19 testi pozitiv çıxanların əksəriyyəti futbolçulardır. Bu üzdən komandanın Liqa 1 çərçivəsində “Lill”ə qarşı keçirəcəyi ev oyununun baş tutub-tutmayacağı sual altındadır.

“Bordo” dekabrın 22-də ölkə çempionatının 19-cu turu çərçivəsində “Lill”i qəbul edəcək. Oyuna Bakı vaxtı ilə 00:00-da start verilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button