
“Lion” Lakazetti itirdi
“Lion” Fransa çempionatının ikinci turunda “Monpelye”ni qəbul edib (1:4).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçda meydan sahiblərinin hücumçusu Aleksandr Lakazett “Monpelye”nin üzvü Teji Savanyeyə qarşı kobudluq edərək qırmızı vərəqə ilə cəzalanıb.
Nəticədə, Lakazett 2 oyunluq cəzalanıb. O, 3-cü turun “Nitsa” və 4-cü turun PSJ ilə oyunlarında komandasına kömək edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin