Fransa klubunda baş məşqçi ayrılığı

Fransalı mütəxəssis Pyer Aristui “Nant”ın baş məşqçisi postunu tərk edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi bu səhərdən etibarən Pyer Aristui və onun heyətinin komandadakı məşqçilik vəzifələrini dayandırdığını elan edib. Klub onun əvəzləyicisini gün ərzində açıqlayacaq.

“Nant” klubdakı işlərinə bütün insani keyfiyyətlərini və istedadını qatan Pyer Aristui və köməkçilərinə xüsusilə təşəkkür etmək istərdi. Hər kəs tərəfindən yüksək qiymətləndirilən məşqçi heyəti xüsusən də, ötən mövsümün sonunda klubun çempionatdakı yerini qoruyub saxlamasına nail oldular”, – deyə, klubdan bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button