Yamal üçün 250 milyon avro ödəməyə hazırdırlar!

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal PSJ-nin marağına səbəb olub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Fransa klubu 16 yaşlı futbolçunu azad agent kimi “Real”a keçən Kilian Mbappenin əvəzedicisi kimi görür.

“Barselona” artıq PSJ-nin Yamal üçün dünya rekordu olan 250 milyon avro ödəməyə hazır olduğu barədə məlumat alıb. Klubun mövqeyi dəyişməz olaraq qalır: Oyunçu satılmır!

PSJ 2017-ci ildə ən bahalı transferi həyata keçirmişdi. Belə ki, Fransa çempionu həmin il “Barselona”dan Neymarı 222 milyon avroya almışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button