“Lill” türkiyəli hücumçu ilə vidalaşdı
Fransanın “Lill” klubu türkiyəli hücumçusu Burak Yılmazla vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransa klubu Türkiyə millisinin sabiq üzvünə xidmətlərinə görə təşəkkür edib.
Yılmaz 2020-ci ilin yayından “Lill”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 72 matçda 25 qol vurub, bir dəfə Fransa çempionu, bir dəfə Fransa kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin