Fransa klubu “Turan Tovuz”a keçən futbolçu haqda paylaşım etdi

“Sent-Etyen” klubu sosial şəbəkə hesabında İbrahima Vadji ilə yollarını ayırdıqlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, Fransa klubu “Turan Tovuz”a keçən futbolçu haqda bunları yazıb:

“Emosiyalar üçün sonsuza qədər təşəkkür edirik, Vadji. Qoy, sənin yolun layiq olduğun kimi gözəl olsun”.

“Turan Tovuz” 30 yaşlı forvardla 1+1 illik müqavilə imzalayıb. “Qarabağ”ın sabiq seneqallı futbolçusu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button