
Fransa klubu “Real”ın hücumçusu üçün təklif göndərməyə hazırlaşır
“Real”ın braziliyalı hücumçusu Endrik yaxın transfer dövründə komandadan ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
19 yaşlı futbolçu Avropanın bir neçə klubunun maraq dairəsindədir. Ən ciddi iddiaçılardan biri isə “Marsel”dir. Fransa təmsilçisi 2025-ci ilin qış transfer pəncərəsində rəsmi təklif təqdim etməyə hazırlaşır.
Endrikin “Real”la müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına qədərdir. Onun hazırkı transfer dəyəri 35 milyon avro qiymətləndirilir.
Endrik ötən mövsüm La Liqada 22 oyunda meydana çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



