“Lill” “Real”dan 60 milyon avro tələb edir – 18 yaşlı futbolçu üçün

“Real” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi “Lill”də çıxış edən Leni Yoro ilə maraqlanır.

Fransa klubu “Real”dan 18 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir. “Kral klubu” bu məbləği ödəməyə hazırdır.

Leni Yoro “Lill”in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 26 matçda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button