Fransa klubu Palmer üçün 250 milyon avroluq təklif hazırlayır!

İngiltərə millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın PSJ klubu 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Paris klubunun rəhbərliyi transfer rekordunu qırmağa və ingilis futbolçu üçün 250 milyon avro təklif etməyə hazırdır.

Tarixin ən bahalı transferi Neymarın “Barselona”dan PSJ-yə keçididir. Parislilər braziliyalı futbolçunu 222 milyon avroya almışdı.

Palmer son Klublararası dünya çempionatının ən yaxşı oyunçusu olub. Onun “Çelsi” ilə müqaviləsi 2033-cü ilin ortalarına kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button