Fransa klubu Türamı 18 milyon avroya satmağa hazırdır

“Nitsa” yarımmüdafiəçi Kefren Türamın transferi ilə bağlı təzminatı azaldıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Fransa klubu indi futbolçunu 18 milyon avro + bonuslar qarşılığında satmağa hazırdır.

“Yuventus”un idman direktoru Kristiano Gintoli müqaviləni mümkün qədər tez başa çatdırmaq üçün fəal şəkildə çalışır. Türamın transferində Fransa klublarının da maraqlı olduğu bildirilir.

Bir il əvvəl “Liverpul” fransalı futbolçu ilə maraqlanırdı, lakin “Nitsa”nın 50 milyon avroluq yüksək tələbi üzündən müqavilə baş tutmayıb.

23 yaşlı futbolçu Fransa çempionatının son mövsümündə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button