Kantenin Fransa klubuna keçidi alınmayıb

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Nqolo Kante Avropaya qayıda bilərmiş.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən 34 yaşlı futbolçuya Fransadan maraq olub.

Liqa 1-ə yeni yüksəlmiş “Paris” klubu yay transfer pəncərəsində Kantenin xidmətində maraqlı olub. Ancaq tərəflər “Əl-İttihad”la razılıq əldə edə bilmədiyi üçün keçid reallaşmayıb.

Fransalı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button