
“Lill” italiyalı müdafiəçi ilə maraqlanır
İtaliyalı müdafiəçi Davide Kalabriya karyerasını Fransa çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda azad agent statusunda olan 28 yaşlı futbolçu ilə “Lill” maraqlanır.
Kalabriya ötən mövsümü icarə əsasında “Bolonya”da keçirib. O, mövsüm ərzində 27 oyunda meydana çıxaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Lill” Fransa Liqa 1-in 2024/25 mövsümünü turnir cədvəlinin 5-ci pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin