Fransa klubu 13 milyon avro ödəyəcək – Gürcü hücumçu üçün
“Mets” klubu Gürcüstan millisinin hücumçusu Georgi Mikautadzenin hüquqlarını Amsterdam “Ayaks”ından alacaq.
Komanda.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Gürcü forvard 2023/24 mövsümünün ikinci yarısını icarə əsasında Fransada keçirib. Fransa klubunun Mikautadze üçün 13 milyon avro ödəyəcəyi bildirilir.
Mikautadze 2017-ci ildən “Mets”də çıxış edir. “Ayaks” onu 2023-cü ilin yayında 16 milyon avroya alıb, lakin 6 ay sonra 6 aylıq icarə əsasında yenidən Fransa klubuna göndərib. 23 yaşlı hücumçu “Mets”də son altı ay ərzində 19 oyunda 12 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mikautadze Gürcüstan millisinin heyətində AÇ-2024-də çıxış edib. O, milli komandada 4 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin