Fransa klubu futbolçusunu “Liverpul”a təklif edib
“Liverpul” yayda Fransa Liqa 1-dən bir yarımmüdafiəçini sıralarına qata bilər.
Komanda.az “Mirror Football”-a istinadən xəbər verir ki, “Nitsa” mersisaydlılara yarımmüdafiəçisi Kefren Türamı 15 milyon avroya transfer etməyi təklif edib.
“Liverpul” keçən yay Türamın transferi ilə maraqlansa da, oyunçu üçün tələb olunan 50 milyon avronu ödəməmişdi. İndi 23 yaşlı yarımmüdafiəçinin “Nitsa” ilə müqaviləsinin bitməsinə bir ildən bir qədər çox vaxt qalıb, ona görə də, Fransa klubu “Liverpul”a ciddi endirim etməyə hazırdır.
Türam bu mövsüm Fransa çempionatında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin