Fransa klubu erməniyə tapşırıldı

“Monpelye”nin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Romen Pito ilə yollarını ayıran Liqa təmsilçisi onu Mişel Ter-Zakaryanla əvəzləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada müqavilənin müddəti barədə məlumat verilməsə də, Fransa mətbuatı tərəflərin mövsümün sonuna kimi anlaşdığını yazıb.

Ter-Zakaryan 2017-2012-ci illərdə də bu komandada baş məşqçi kimi çalışıb. Komanda vaxtilə onun rəhbərliyi altında 161 oyun keçirib, 62 qələbə qazanıb, 54 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb. 59 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.

“Monpelye” bu mövsüm 22 oyuna topladığı 20 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button