
Fransa klubu Dolberqi satdı
Fransanın “Nitsa” klubunun hücumçusu Kasper Dolberq Belçika “Anderlext”inə transfer olunub.
Komanda.az xəbər verir ki, Danimarka milli komandasının da üzvü olan 25 yaşlı forvard yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
“Anderlext” bu transfer üçün fransızlara 5 milyon avro ödəyib.
Dolberq 2019-cu ildən “Nitsa”nın formasını geyinirdi. O, ötən mövsüm “Sevilya” və “Hoffenhaym”da icarədə olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin