Fransa klubu daha iki futbolçusu ilə müqavilə yenilədi
Fransanın “Sent-Etyen” klubu daha iki futbolçusu ilə müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni müqavilə imzalayan futbolçulardan biri Mahdi Kamaradı. 21 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2024-cü ilə qədər uzadılıb. Fransalı futbolçu “Sent-Etyen”in öz yetirməsidi.
Hücumçu Şarl Abi də klubla müqaviləsini 2024-cü ilin yayına kimi artırıb. “Klermon”un futbol akademiyasının yetirməsi olan 20 yaşlı futbolçu 2015-ci ildən “Sent-Etyen”də çıxış edir.
Bir neçə gün öncə “Sent-Etyen” Uesli Fofana ilə də müqavilə yeniləmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin