Fransa klubu Blanı istefaya göndərdi

“Lion”un baş məşqçisi Loran Blan istefaya göndərilib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Buna komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub.

Lion klubu Fransa çempionatında 4 turdan sonra 1 xalla sonuncu-18-ci pillədə qərarlaşıb.

Blan ötən ilin oktyabrından bu komandanı çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button