Fransa klubu baş məşqçisiz qaldı

“Strasburq”un baş məşqçisi Patrik Vieyra vəzifəsini tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Fransa millisi ilə dünya və Avropa çempionu olan 48 yaşlı mütəxəssis 2023-cü ilin iyulundan Liqa 1 təmsilçisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 38 oyun keçirib – 13 qələbə, 9 heç-heçə və 16 məğlubiyyət.

2023/24 mövsümündə “Strasburq” Liqa 1-in turnir cədvəlində 13-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button