Fransa klubu baş məşqçisi ilə vidalaşdı
“Reyms” baş məşqçisi Luka Elsnerlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə yola salınıb. Kollektivə müvəqqəti olaraq köməkçi məşqçi Samba Diavara rəhbərlik edəcək.
“Reyms” hazırda Liqa 1-də 22 xalla 13-cü sırada yer alıb. Elsner bu mövsümün əvvəlində sözügedən komandaya baş məşqçi təyin edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin