
Fransa klubu alman qapıçı aldı
Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın “Hamburq” klubunun qapıçısı Yulian Pollersbeki transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı alman qolkiperlə 4 illik müqavilə imzalanıb.
Bu transferin Fransa klubuna 250 min avroya başa gəldiyi bildirilir.
Pollersbek 2017-ci ildən “Hamburq”un uğurları üçün çalışırdı. O, daha öncə “Vakker Burqhauzen” və “Kayzerslautern”də də forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin