30 milyon avroluq transfer tamamlanmaq üzrədir

“Mançester Yunayted”in ingiltərəli hücumçusu Meyson Qrinvudun “Marsel”ə keçidi tamamlanmaq üzrədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu artıq Qrinvud üçün şəxsi uçuş sifariş edib. Futbolçu tezliklə tibbi müayinədən keçmək üçün Marselə gələcək və klubla 5 illik müqavilə imzalayacaq.

“Mançester Yunayted” 22 yaşlı Qrinvud üçün 30 milyon avro alacaq. Bundan əlavə, “qırmızı şeytanlar” hücumçunun növbəti transfer haqqının 50 faizinə sahib çıxacaq.

Qrinvud ötən mövsüm “Xetafe”də icarə əsasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button