Fransa klubu 20 yaşlı island üçün 12 milyon avro ödədi

“Lill” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi İslandiya millisinin və Danimarkanın “Kopenhagen” klubunun yarımmüdafiəçisi Hakon Arnar Haraldssonu transfer edib.

20 yaşlı futbolçunun transferi Liqa 1 təmsilçisinə 12 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb.

İslandiyanın “Akranes” klubunun yetirməsi olan Haraldsson 2020-ci ildən formasını geyindiyi “Kopenhagen”də 58 oyunda 9 qol və 8 məhsuldar ötürmə müəllifi olub. O, İslandiya yığmasında da 11 matça çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button