Messi PSJ-nin təklifini rədd edib

PSJ-nin hücumçusu Lionel Messi Fransa klubunun müqavilənin uzadılması ilə bağlı təklifini rədd edib.

Komanda.az “La Vanguardia” nəşrinə istinadən xəbər verir ki, DÇ-2022-dən öncə tərəflər sözləşmənin uzadılması ilə bağlı razılığa gəlsələr də, Messi paytaxt təmsilçisinin bir həftə öncə göndərdiyi təklifi geri çevirib.

Argentinalı futbolçunun təklifi qəbul etməməsinə səbəb maaşın onu qane etməməsidir.

PSJ Messiyə maliyyə feyr-pley problemlərinə görə daha aşağı məbləğdə maaşla müqavilə təklif etmək məcburiyyətində qalıb. Paris klubu xərcləri 30 faizdən çox azaltmağı düşünür.

Cənubi amerikalı futbolçunun PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button