Fransa – Azərbaycan oyunu portuqallara tapşırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə qarşılaşacağı oyununun hakimləri məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Antoniu Nobre olacaq. Ona Nunu Perreyra və Brunu Alveş Jezuş kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elder Maleyru yerinə yetirəcək.

Oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan oyunu saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button