Fransa – Azərbaycan matçının azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin Fransa və Ukrayna ilə səfər oyunlarının azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulan biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Fanatlar biletləri “iTicket.az”-da onlayn şəkildə əldə edə bilərlər.

Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 manatdır. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılan J sektoruna biletlərin qiyməti 45 manat təşkil edir.

Oktyabrın 10-da Paris şəhərində yerləşən “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı saat 22:45-də başlayacaq. Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına da saat 22:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button