Fransa – Albaniya matçında kuryoz hadisə – himnlər səhv salındı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ötən gecə baş tutan Fransa – Albaniya matçında kuryoz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, qarşılaşma öncəsi stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, sonra da Monteneqro himni səslənib. Bu azmış kimi, stadionun diktoru bu cür yanlışlığa görə də Ermənistandan üzr istədiklərini bildirib. Albanlar isə doğru himn çalınana qədər oyuna başlamağı rədd ediblər. Nəticədə qarşılaşmanın startı təxminən 5-6 dəqiqə gecikib.

Qeyd edək ki, Fransa – Albaniya qarşılaşması 4:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button