Fransa millisi bunu bacaran 6-cı komanda oldu
Fransa millisi dünya çempionatlarnda ardıcıl iki dəfə finala çıxan 6-cı yığma komandadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “xoruzlar” bunu DÇ-2022-nin yarımfinalında Mərakeş yığmasını məğlub edərək bacarıb.
Didye Deşamın baş məşqçisi olduğu kollektiv DÇ-2018-də də final mərhələsinə adını yazdıra bilib.
Öncədən İtaliya (1934, 1938), Braziliya (1958, 1968, 1994, 1998, 2002), Niderland (1974, 1978), Almaniya (1982, 1986, 1990) və Argentina milliləri ardıcıl iki dəfə bu uğura imza atıblar.
Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), adını finala yazdırıb. Onların finaldakı rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin