Franko Lerda: “Bura turist kimi gəlməmişik”

Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, Lerda jurnalistlərin suallarını cavablandırıb:

  • “Partizani”nin penalti seriyalarına hazırlandığı iddia olunur…
  • Bəli, oyunun gedişatına baxır. Biz bunu dərk edirik, oyun uzatmalara getsə, penaltilər də ola bilər və buna hazırlaşmışıq.
  • Ümidiniz tək buna bağlıdırmı?
  • Biz bura turist kimi gəlməmişik. Gücümüzü ortaya qoyub, yaxşı nəticə almağa çalışacağıq.
  • Futbolçularınız açıqlamalarında inamlı danışır. Bu, rəqib üzərində təzyiq yaratmaq üçündürmü?
  • Əmin deyilik ki, rəqib sabah qalib gələcək. Ancaq “Qarabağ” elə komandadır ki, bizdən qat-qat üstün büdcəyə sahibdir. Futbolda hər şey mümkündür.
  • “Qarabağ” haqda ümumi düşüncələriniz nədir?
  • Rəqib haqda bildiklərim, ilk oyundan sonra təsdiqləndi. Birə-bir mübarizələrdə güclü futbolçuları var. İlk oyunla düşündüklərim və gördüklərim təsdiqləndi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button