“Gürcüstan millisi AÇ-2024-ə getməklə böyük addım atdı”

İtaliyalı futbol funksioneri Franko Kamozzi Gürcüstan millisinin AÇ-2024-ə vəsiqə qazanmasını şərh edib.

Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, o, bunları deyib:

“İlk növbədə, Gürcüstan millisinin AÇ-2024-ə getməklə atdığı böyük addımdan danışmalıyıq. Xviça Kvaratsxeliya Avropa çempionatında ulduz olacaqmı? Bütün komanda, həmişə olduğu kimi, bir oyunçudan daha vacib olacaq”.

Gürcüstan millisi Yunanıstanı (0:0, penaltilər – 4:2) penaltilər seriyasında məğlub edərək, ilk dəfə Avropa çempionatının final mərhəlsinə vəsiqə qazanıb. Gürcüstan yığması AÇ-2024-də Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button