Frank Riberi sıraya döndü

İtaliyanın “Fiorentina” klubunun uzun müddətdi zədədən əziyyət çəkən futbolçusu Frank Riberi sıraya dönüb.

Komanda.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusu şans verəcəyi halda, 36 yaşlı futbolçu qarşıdakı oyunlarda meydana çıxa biləcək. Amma təcrübəli yarımmüdafiəçinin tam bərpası üçün daha bir neçə həftəyə ehtiyac olduğu qeyd olunur.

Xatırladaq ki, Riberi A Seriyasının 14-cü turu çərçivəsində “Leççe”yə 0:1 hesabıyla uduzduqları oyunda ayaq biləyindən ağır zədə almışdı. Bu üzdən də o, noyabr ayından etibarən müalicə olunurdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button