Riberi də gedir
“Salernitana”nın fransalı yarımmüdafiəçisi Frank Riberi İtaliya klubu ilə müqaviləni vaxtından əvvəl ləğv etmək və karyerasını bitirmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio sosial şəbəkə hesabında məlumat yayıb.
39 yaşlı yarımmüdafiəçi 2021-ci ildən “Salernitana”da çıxış edir. Riberi İtaliya A Seriyasının cari mövsümündə iki oyun keçirib, qol vurmayıb. O, son mövsümdə 22 matçda 3 məhsuldar ötürmə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin