Françeskodan istefa qərarı, “Roma” üçün yeni baş məşqçi
Çempionlar Liqasında “Portu”ya məğlub olaraq (1:3) mübarizəni dayandıran “Roma”da vəziyyət qarışıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”ın baş məşqçisi Eusebio Di Françesko “Portu”yla matçdan sonra istefa qərarı qəbul edib. Onun oyundan sonra mətbuat konfransına qatılmadığı, komandanın avtobusuna təkbaşına mindiyi və heç bir futbolçu ilə danışmadığı bildirilir.
Françeskonun yerinə “Roma”nın “sükanı arxasına” “Fiorentina”nın keçmiş baş məşqçisi, portuqaliyalı Paulo Souzanın keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin