Françesko Totti koronavirusa yoluxdu

İtaliya millisinin və “Roma”nın sabiq futbolçusu Françesko Tottidə koronavirus aşkarlanıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçib. Totti hazırda özünü yaxşı hiss edir.

Onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə verib, lakin onda xəstəliyin əlamətləri yoxdur.

Bir neçə həftə əvvəl Françesko Tottinin atası Enzo Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Françesko Totti peşəkar karyerası ərzində 1992 – 2017-ci illərdə “Roma”nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button