Son 10 ilin ən yaxşı komandaları SİYAHI
“FourFourTwo” nəşri son 10 ilin ən yaxşı 25 komandasının adını açıqlayıb.
Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində Xosep Qvardiolanın çalışdırdığı “Barselona” yer alıb. 2010/11 mövsümündə Kataloniya təmsilçisi ispan mütəxəssisin rəhbərliyi ilə Çempionlar Liqasını, La Liqanı, İspaniya kubokunu qazanıb.
İkinci sırada Visende del Boskeli İspaniya yığması olub. İspanlar 2010-cu ildə dünya çempionu olmuşdu.
Üçüncü yerdə isə Qvardiolalı “Mançester Siti” yer alıb. “Şəhərlilər” ispan mütəxəssisin rəhbərliyi altında İngiltərədə olan 3 kuboku – Premyer Liqa çempionluğu, Liqa kuboku və Federasiya kubokunu qazanmışdı.
İlk “10-luq”
- Barselona (Xosep Qvardiola) – 2010/11 mövsümünün komandası
- İspaniya millisi (Visente del Boske) – 2010
- Mançester Siti (Xosep Qvardiola) – 2017/18
- Lester (Klaudio Ranyeri) – 2015/16
- Bavariya (Yupp Haynkes) – 2011/12
- Real (Zinəddin Zidan) – 2015/16, 2017/18
- İnter (Joze Mourinyo) – 2009/10
- Bavariya (Xosep Qvardiola) 2013/14
- Barselona (Luis Enrike) – 2014/15
- Atletiko (Dieqo Simeone) – 2013/14
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin