Formula 1-ə görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır
Formula 1 yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.
Komanda.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.
Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bizi Facebook-da izləyin