Şumaxerin oğlu Formula 1-də

Formula 1 üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin yeni komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, 21 yaşlı pilot “Hass”a keçib. Bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb. O, 2021-ci ildən Formula 1-də yarışacaq.

Mik son olaraq “Prema Rasinq”in heyətində Formula 2-də mübarizə aparıb.