Formula 1 də Rusiyadan imtina etdi
Formula 1 üzrə Rusiya qran-prisi ləğv olunub.
Komanda.az xəbər verir ki, bu barədə Formula 1 şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.
Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib.
Rusiya qran-prisi 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin