Formula 1: Bakıdakı əsas yarışın başlayacağı vaxt bilindi
Bu il Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Əsas yarış sentyabrın 21-də yerli vaxtla saat 15:00-da start götürəcək.
Sentyabrın 19-da saat 12:30-da birinci sərbəst yürüş, saat 16:00-da ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, saat 16:00-da isə təsnifat gerçəkləşəcək.
Formula 1-də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin