Formula 1: Azərbaycan qran-prisinin vaxtı dəyişdirilib

2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisinin vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq.

Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.

Bu il Azərbaycan qran-prisi sentyabrın 19-da start götürəcək və üç gün davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button