Formula 1: Azərbaycan qran-prisinin qalibi məlum oldu – Mükafatlandırıldılar

Formula 1 üzrə Azərbaycan qran-prisində qalib müəyyənləşib. 

Komanda.az xəbər verir ki, 51 dövrənin tamamında “Red Bull” pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb. 

Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. “Aston Martin”dən Fernando Alonso dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns beşinci olub. 7 qat dünya çempionu, “Mercedes”də çıxış edən Lüis Hemilton qran-prini altıncı sırada bitirib.

Daha sonra Formula 1 üzrə Azərbaycan qran-prisinin qalibləri mükafatlandırılıblar. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak ediblər.

Onlar Bakı trekini ilk üç pillədə başa vuran pilotlara mükafatlarını təqdim ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button