Formula 1 2023-ə qədər Azərbaycanda
Bu gün Bakı Şəhər Halqası ilə Formula 1 Şirkətlər Qrupu arasında Azərbaycan qran-prisinin keçirilmə müddətinin uzadılmasıyla bağlı yeni müqavilə imzalanıb.
Komanda.az xəbər verir ki, tərəflər arasında müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə gənclər və İdman naziri Azad Rəhimov bildirib.
Əvvəlki müqavilənin müddəti 2020-ci ilə qədər idi. Müqaviləyə Rəhimovla “Formula 1 Group” şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.
Formula 1-in Azərbaycan qran-prisi 2016-cı ildən keçirilir. Builki qran-pri 28-30 apreldə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin