Formaları rekord sayda satıldı – Təcavüzdə ittiham olunan futbolçunun

İspaniyanın “Xetafe” klubu təcavüzdə şübhəli bilinən futbolçu Meyson Qrinvudun rekord sayda köynəyini satıb.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

21 yaşlı ingilis futbolçu İspaniya klubunun azarkeşləri arasında çox məşhurdur. Qrinvudun təqdimatına 4 min adam gəlib. “Xetafe” bir həftə ərzində klub tarixindəki digər oyunçulardan daha çox “Mançester Yunayted”in keçmiş futbolçusunun adını daşıyan köynəkləri satıb.

“Mançester Yunayted”in yetirməsi olan Qrinvud 2023/2024 mövsümünün sonuna kimi “Xetafe”də icarə əsasında çıxış edəcək.

Qrinvud zorlama və hücuma cəhddə şübhəli bilinərək, həbs olunduqdan sonra 18 aydan çox müddətdə “Mançester Yunayted”də meydana çıxmayıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button