“Football Leaks” saytının rəhbəri saxlanılıb


“Football Leaks” saytının təsisçisi Rui Pintu həbs olunub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pintu Macarıstanın paytaxtı Budapeşt şəhərində saxlanılıb. 30 yaşlı haker vətəni Potuqaliyaya göndəriləcək.

Pintu “Benfika” klubuna məxsus elektron sənədləri oğurlamaqda ittiham olunur. Pintuya 10 illik həbs cəzası verilə bilər.

Portuqaliyalı haker “Football Leaks” nəşrini 2015-ci ildə Budapeştdə yerləşən redaksiyasında təsis edib. Bu sayt futbolda gizli maliyyə sənədlərini dərc etməklə məşhurlaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button