“Milan” bu cür oynamağa davam edərsə…” – Kaka

“Milan”ın sabiq yarımmüdafiəçisi Kaka keçmiş klubunun bu mövsüm İtaliya çempionluğu uğrunda mübarizə aparmaq şanslarını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, derbi oyunundan da danışıb:

“Milan” derbidə “Liverpul” ilə baş verənləri düzəltdi. “İnter” üzərində qələbə (2:1) əla cavab oldu. Paulo Fonsekanın komandası bu cür oynamağa davam edərsə, deməli, qızıl medallar qazanmaq şansı var. Derbidə nəticə uğrunda mübarizə aparan komanda gördüm”.

“Milan” İtaliya çempionatının beş turunun yekunlarına görə 8 xal toplayıb və turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda lider “Torino”dan 3 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button