“Roma”nın baş məşqçisi narahatdır
İtaliyanın “Roma” klubunun baş məşqçisi Paulo Fonseka açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, koronavirus səbəbiylə dayandırılan A Seriyasının bərpası ilə bağlı danışıb:
“Futbola yenidən başlayanda, hər şey daha çətin olacaq. Fiziki vəziyyətin eyni olmayacağını bilirik, bunu Bundesliqada da gördük, həm hazırlıq dövründə, həm də sonradan bir çox futbolçu zədələndi. Üç gündən bir oyun keçirməli olacağıq, bu, narahatlıq yaradır. Bütün bunlara baxmayaraq, Çempionlar Liqasına vəsiqə qazana bilərik. Digər dörd komanda çox güclüdür, amma bu mövsüm A Seriyasını proqnozlaşdırmaq daha çətindir”.
A Seriyası iyunun 17-də bərpa ediləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin