Keçmiş futbolçudan “Milan”ın baş məşqçisinə dəstək

“Milan”ın keçmiş futbolçusu Klarens Zeedorf portuqaliyalı mütəxəssis Paulo Fonsekanın rəhbərliyi altında komandanın çıxışından danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, niderlandlı keçmiş oyunçu, Fonsekanın öz planı olduğunu düşünür:

“Milan”da çoxlu eniş var. Klub səbirli olmalı və edilən seçimi dəstəkləməlidir. Komanda bəzi matçlarda nəyə qadir olduğunu göstərdi, sadəcə, daha ardıcıl olmaq lazımdır. Fonsekanın bütün fikirlərini başa düşmək üçün vaxt gərəkdir. Düşünürəm ki, onun öz planı var”.

“Milan” İtaliya çempionatının 15 turundan sonra 23 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button