Romada “Sarri” səsləri
İtaliyanın “Roma” klubu baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırmağa hazırlaşır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubunun rəhbərliyi 47 yaşlı mütəxəssisin işindən narazıdır. Cari mövsümdə A Seriyasına uğursuz başlayan komanda keçirdiyi üç turdan sonra 4 xal toplayıb. “Canavarlar”ın rəhbərliyinin baş məşqçi postu üçün əsas namizədi də bəllidir. Məlumata görə, klub rəhbərliyi komandanın “sükanı arxasına” son olaraq “Yuventus”da çalışmış Mauritsio Sarrini gətirmək istəyir. Klubun Sarri ilə təmasa keçdiyi də bildirilir.
Sarri A Seriyasında “Yuventus”dan başqa, “Napoli”ni də çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin