Fonseka inkar etdi: “Leao ilə aramızda heç bir münaqişə yoxdur”

İtaliya çempionatının 10-cu turunda “Milan” doğma meydanda “Napoli”ni qəbul edib və 0:2 hesabı ilə uduzub.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki Milan klubunun portuqaliyalı hücumçusu Rafael Leaonun matça ehtiyat oyunçular skamyasında başlaması onunla həmyerlisi – komandanın baş məşqçisi Paulo Fonseka arasında yarana biləcək münaqişə ilə bağlı atəşə “yağ” əlavə edib. Lakin baş məşqçi bunu inkar edir:

“Mən təfərrüatlara varmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, hər bir futbolçuya fərdi yanaşıram. Aramızda heç bir münaqişə yoxdur”.

“Milan” İtaliya A Seriyasının növbəti turunda səfərdə “Monza” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button