Fonsekanın “qara siyahı”sındakı futbolçular
“Milan”ın baş məşqçisi Paulo Fonseka UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Srvena Zvezda” üzərində qələbə qazanmalarına baxmayaraq, çox əsəbi görünüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı açıq şəkildə bəzi futbolçuların meydanda çıxışından razı deyil və indi onun kimləri nəzərdə tutduğu məlum olub.
Söhbət ilk növbədə Teo Hernandesdən, eləcə də mövsümün sonunda klubu tərk etmə ehtimalı olan David Kalabriadan gedir. Fonseka Fikayo Tomorinin sarı vərəqə almasını da bəyənməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin